Ermənilər öz postlarından üz döndərdilər

16.07.2020 - 13:56

İyulun 12-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən havadan endirilmiş nöqtəvi zərbə ilə Ermənistanın Movses kəndi üzərindəki dayaq nöqtəsinin məhv edilməsinin videogörüntülərini dərc edib.

Az sonra “Google Earth” proqramı məhv edilmiş obyektin geolokasiyasını, dəqiq GPS koordinatlarını müəyyən edib: 40.911703°, 45.514172° (və ya 40°54’42.13″N, 45°30’51.02″E).

Həmin koordinatlara əsasən axtarılan yeri tapmaq, müvafiq bucaqları, landşaftı və digər detalları müqayisə edərək, lazımi müşahidə rakursu seçməklə asanlıqla yəqin etmək olar ki, bu, məhz videokadrlarda təsvir edilmiş dayaq məntəqəsidir. Onu da nəzərə almaq lazımdır ki, “Google Earth” proqramında aerofotoçəkiliş bu gün və ya dünən deyil, nisbətən çoxdan aparılıb. Ona görə də yaxın vaxtlarda qurulmuş bəzi tikililər fotoda aşkar görünmür. Bununla belə, landşaft eynidir və koordinatların düzgün təyin edilməsinə əsla şübhə yoxdur.

Videoçarxı aşağı sürətlə nümayiş etdirəndə 13-cü saniyədə idarə edilən raketin necə uçmasını və hədəfi dəqiq məhv etməsini görmək olar.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu videonu dərc edən günün ertəsi sosial şəbəkələrdə erməni tərəfin “Azərbaycan Müdafiə Nazirliyindən növbəti feyk” sərlövhəli “cavab” videosu yerləşdirildi. Sonra belə bir qeyd edildi: “Əslində, onların dayaq məntəqəsi ermənilərin mövqelərindən məhv edilib” (bax: https://www.facebook.com/100039312158992/videos/281196619867408/ ). Guya bizim, yəni Azərbaycanın dayaq məntəqəsi ermənilər tərəfindən məhv edilib. Hazırlanmış “cavab” videosunda belə subtitrlər var (orfoqrafiyanı olduğu kimi saxlamışıq): “На видео, видно, что снаряд летит с южной стороны армянских постов из армянского села Мовсес” (“videoda göründüyü kimi mərmi Ermənistanın Movses kəndindən, ermənilərin postlarının cənub tərəfindən uçur”), daha sonra ikiqat təbəssüm işarəsi gəlir.

Erməni dığalarının bunu bilməsi zəruri deyil ki, kadrlarda hədəfə doğru uçan mərmi deyil, raketdir, bu raket ermənilərin mövqelərindən deyil, pilotsuz uçuş aparatından buraxılıb, həmin aparat isə istənilən nöqtədən (o cümlədən Movses kəndi tərəfdən) uça bilər. Təəccüblüsü başqa məsələdir: doğrudanmı onlar “Google Earth” proqramından istifadə etməyi öyrənərkən bir məqamı anlaya bilməyiblər ki, məhv edilmiş dayaq məntəqəsi, əvvələn, Azərbaycanın yox, Ermənistanın ərazisindədir (dövlət sərhədləri aşkar görünür); ikincisi, həmin məntəqə ermənilər tərəfdə, yəni ermənilərin mövqelərinin arxasındadır; üçüncüsü, xəritədə aşkar görünür ki, birbaşa Movses kəndindən qruntlu avtomobil yolları həmin məntəqəyə aparır, bu obyektdən Azərbaycan kəndlərinə isə heç bir yol yoxdur!

Əsla şübhə yoxdur ki, məhv edilmiş dayaq məntəqəsi Azərbaycana yox, Ermənistana aiddir, çünki o Ermənistan ərazisində, erməni mövqelərinin arxasında yerləşir və oradan erməni kəndinə aparan yol var.

Lakin az sonra ermənilər öz postlarından üz döndərdilər!

Erməni feyk yaradıcılarının məntiqində təəccüb doğuran daha bir məqam var. Fərz edək ki, həmin obyekt ermənilərə deyil, azərbaycanlılara məxsusdur. Bu halda ermənilər izah edə bilərlərmi, nəyə görə Azərbaycana məxsus pilotsuz uçuş qurğusu öz obyekti üzərində fırlanır və indicə erməni hərbçilərinin həmin obyekti necə məhv edəcəklərini çəkir? Bax, burada öz şərhlərində “Azərbaycan feykmeykerlərinin səhvlərinə gülən onlarca erməni istifadəçiləri beyinlərini qurdalayaraq az da olsa, düşünsələr pis olmazdı, çünki “Google Earth” proqramını açaraq məhv edilmiş obyektin erməni, yoxsa Azərbaycan obyektinə daha çox oxşamasını yoxlamağa tənbəllik edirlər.

Mərminin erməni mövqelərindən uçması məsələsinə gəldikdə isə bu uşaq-muşağa kiçik bir sirr açaq: mötəbər mənbələrdə göstərilir ki, Movses kəndinin özündə heç bir atəş nöqtəsi yoxdur. Belə mövqelərin harada olması Azərbaycan Müdafiə Nazirliyinə çox yaxşı məlumdur. Hədəfi mərmi deyil, zərbə pilotsuz uçuş aparatından buraxılmış, idarə edilən raket vurur. Bir daha təkrar edirik ki, həmin aparat istənilən yerdən, lap İrəvan tərəfdən də uça bilər.

Ermənilərin özlərinin məhv edilmiş obyektlərindən belə tezliklə imtina etməsi və həmin obyektlərin guya Azərbaycana məxsus olduğunu deməsi təəccüblü deyil: ermənilər eskalasiyanın birinci günündə Azərbaycan postunu ələ keçirmək cəhdi uğursuz olduqda geri çəkilməyə çalışan və bu zaman daha böyük fəlakətlə üzləşərək məhv edilmiş, meyitləri bir neçə gün uçurumun dibində qalıb iylənən xüsusi təyinatlılardan da üz döndərdilər (Azərbaycan tərəfin məlumatına görə, 17 belə meyit var).

Burada artıq nəinki ikiqat, hətta üçqat təbəssüm də çox yerinə düşərdi. (AzərTAc)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=150094

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031