“Öz sevdiyi qızla evləndi, hey tələsirdi…” – Şəhidimizin evindən REPORTAJ

18.07.2020 - 17:36
Baş əsgər Elşad Məmmədov hərbi xidməti başa vurduqdan sonra, orduda MAXE kimi xidmət etmək qərarına gəlir. Ailəsi buna razı olmasa da, Elşad fikrindən daşınmayaraq çox önəmli postlardan birində xidmət etməyə başlayır. Sonrası isə bütün Azərbaycana məlumdur…
“Qafqazinfo”nun Tovuza ezam olunmuş əməkdaşları iyulun 12-də cəbhənin Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədov Elşad Dönməz oğlunun Ağdam kəndində yerləşən evində olublar. 1996-cı il təvəllüdlü şəhid Baş əsgər nümunəvi hərbi xidməti ilə yadda qalıb.
Şəhid atası Dönməz Məmmədov deyir ki, varı-yoxu bir oğlu var idi, o da vətən yolunda sinəsini qabağa verdi: “Oğlunun qanı yerdə qalmadı, ordumuza güvənim tamdır”.
Elşadın anası Nuriyə Məmmədova isə hələ də oğlunun yoxluğuna inanmır: “Şəhid anaları ürək yanğısı ilə bala yolu gözləyir…”
İndi şəhid valideynləri Elşaddan yadigar qalan 6 aylıq Məhəmmədlə təsəlli tapırlar.
Şəhid ailəsindən hazırladığımız videoreportajı təqdim edirik:

Short URL: http://www.cumhuriyyet.net/?p=150322

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31