Azərbaycanlı məşhur koronavirusdan öldü

21.07.2020 - 13:15

Azərbaycan teatr ictimaiyyətinə itki üz verib.

Publika.az xəbər verir ki, bu barədə YUĞ Teatrının “Facebook” hesabında məlumat yerləşdirilib.

Qeyd edilib ki, YUĞ Teatrının keçmiş direktoru Cərayıl İsrafilov 69 yaşında vəfat edib.

O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb.

1991-2007-ci illərdə “YUĞ” Teatrının direktoru vəzifəsində çalışıb. C.İsrafilov professor İsrafil İsrafilovun və YUĞ Dövlət Teatrının aktyoru, Əməkdar artist Fərhad İsrafilovun qardaşıdır.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=150559

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31