Bir qrup ziyalı Rusiyanın “Birinci” kanalının baş direktoruna müraciət ünvanlayıb
Azərbaycanın bir qrup tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimi, dini icmaların rəhbərləri, media nümayəndələri Rusiyanın “Birinci” telekanalının baş direktoru Konstantin Ernstə müraciət ünvanlayıblar. Müraciətdə telekanalın “Vremya pokajet” proqramının 20 iyul tarixli buraxılışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribatdan sonra baş verən hadisələrin mahiyyətini təhrif edən bir sıra təhrikçi bəyanatlarla bağlı narahatlıq ifadə olunur.
Müraciəti təqdim edirik.
“Hörmətli Konstantin Lvoviç!
Bu müraciətin yazılması üçün əsas “Vremya pokajet” proqramının 2020-ci il 20 iyul tarixli buraxılışı olub. Həmin buraxılışda istər bütövlükdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, istərsə də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribatdan sonra baş vermiş hadisələrin mahiyyətini təhrif edən bir sıra təhrikçi bəyanatlar səslənib.
Yeri gəlmişkən, belə bir müraciət üçün bundan əvvəl də kifayət qədər səbəb var idi. Lakin hər şey haqqında ardıcıl olaraq bəhs edəcəyik.
Short URL: http://www.cumhuriyyet.net/?p=150763