Yaxın günlərdə AZƏRSU-da sərt cəzalandırmalar olacaq – Həbslər gözlənilir

25.07.2020 - 17:17

“Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-nin dövlət Proqramlarının icrası zamanı büdcədən aldıqları vəsaitlər ciddi təftiş olunacaq, qurumların fəaliyyəti yoxlanılacaq və sərt cəzalandırmalar olacaq.

NOCOMMENT.az-ın əldə etdiyi məlumata əsasən son dövrlər bu qrumlar tərəfindən hökumətə Dövlət İnvestisiya Proqramından müxtəlif məqsədlər üçün vəsaitlərin ayrılması ilə bağlı təqdim olunan infrastruktur və digər layihələrin heç bir əsaslandırılması olmayıb.

Mənbənin bildirdiyinə görə, əsas məqsədin dövlət vəsaitinin mınimsənilməsi olan bu addımlar aidiyyatı üzrə araşdırılacaq və sərt cəza tədbirləri həyata keçiriləcək. Buna əsas səbəblərdən biri idə iri həcimli investisiya layihələrinin səmərəsiz olması və böyük ehtimalnan dövlət vəsaitinin mənimsənilməsi və aidiyyatı üzrə istifadə olunmamasıdır.

Heç bir texniki iqtisadi əsaslandırılması olmadan “Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-dən büdcədən maliyyə ayrılması ilə bağlı daxil olan müraciətlər mütəşəkkil şəkildə araşdırılacaq.

Eyni zamanda bu iki qrum tərəfindən heç bir dəyərləndirmə və əsaslandırması olmadan maliyyə ayrılmaları ilə bağlı müraciətlərini müsbət qarşılayan qurumların da fəaliyyəti ciddi yoxlanılacaq.

Bu günə qədər “Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-nin dövlət vəsaiti hesabına keçirdiyi layihələr bir çox hallarda səmərəsiz olub və bu məsələ artıq ölkə başçısının diqqətindədir.

Qeyd edək ki, Azərbaycan Cənubi Qafqazda yeraltı içməli su ehtiyatına görə Gürcüstan və Ermənistandan geri qalır. Mənbədən əhaliyə verilən içməli suların böyük bir hissəsi itkiyə gedir. Bu sahədə ölkənin su balansı strategiyası yoxdur.

Xatırladaq ki, Bakı, Gəncə və bir sıra iri şəhərlərin içməli su və kanalizasiya sistemi keçmiş SSRİ dönəmində çəkilmiş sistemdir. Sonradan müxtəlif yerlərdə aparılan bəzi infrastruktur işlər isə insanların içməli suya olan ehtiyacını nəinki ödəməyib, hətta bəzi iri yaşayış məntəqələrində əhalinin susuz qoyub. Belə ki, Gəncə və Sumqayıtda gün ərzində əhaliyə 2 saat səhər, 3 saat axşam olmaqla 5 saat içməli su verlir. Bir sıra yaşayış məntəqələrində isə çirkab suların xətlərinə, kanalizasiya xidmətinə görə ödəniş alınsa da bu istiqamətdə heç bir xidmət göstərilmir.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=150880

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930