İyulun 31-də və avqustun 1-də koronavirusa görə qadağalar

26.07.2020 - 12:41

Qurban bayramında ictimai nəqliyyat və metro işləyəcəkmi? –

Xəbər verdiyimiz kimi, 14 şəhər və rayonda sərt karantin rejimi tədbiq edildiyinə görə Bakı metropolitenin fəaliyyəti dayandırılıb. Qeyd edək ki, şənbə-bazar günləri metro ilə yanaşı ictimai nəqliyyat da işləmir. İyulun 31-də və avqustun 1-də Azərbaycanda Qurban bayramı günləri keçiriləcək. Bu günlərdə ictimai nəqliyyat və metro işləycəkmi?

Mövzunu deputat Fazil Mustafa ilə davam etdirdik. SaqlamHeyat.az bildirir ki, o, Konkret.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun Operativ Qərargahın brifinqində dediklərini xatırladaraq Qurban bayramı ilə bağlı müyyən addımların atılacağını deyib.

Deputat vətəndaşın vəziyyətini yüngülləşdirən addımların nəzərdə tutulduğunu vurğulayıb: “Ona görə də burada hər hansı narahat edici heç nə yoxdur. Amma çox güman ki, metro və ictimai nəqliyyat işləməyəcək. Heç məsləhət də deyil”.

Fazil Mustafa bu gün yayılmanı sürətləndirən ən təhlükəli infrastrukturun metro və avtobuslar olduğunu bildirib.

Milli Məclisin üzvü qeyd edib ki, avtobuslar yerin üstündə olduğuna görə hava baxımından tənzimləmək olur, amma yer altında kondisionerlə işləməyə məcburdurlar: “Ona görə də metronu açmaq hələ tezdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=150901

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31