Pensiyaçıların sayı açıqlanıb
2020-ci ilin 1 iyul tarixinə ölkəmizdə pensiyaçıların sayı 1 mln. 260 min nəfər təşkil edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Day.Az-a verilən məlumata görə, onlardan 736,9 min nəfəri yaşa, 380,9 min nəfəri əlilliyə, 142,2 min nəfəri ailə başçısını itirməyə görə pensiya alanlardır.
Bu ilin 6 ayında 2019-cu ilin eyni dövrünə nisbətən orta aylıq pensiya 27% artaraq 300 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 25,24% artaraq 330 manata yaxın olub.
Yanvar-iyun aylarında pensiyaçılara ödənilən pensiya vəsaitlərinin məbləği isə 2019-cu ilin eyni dövrünə nisbətən 436,51 mln. manat (24,09%) çox olmaqla, 2 mlrd. 250 mln. manat təşkil edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=151017