Yeni təhsil naziri Ramiz Mehdiyevin iradəsini qıra biləcəkmi? – Prezident sərəncamının izi ilə…

28.07.2020 - 13:56

İndi İqtisadiyyat naziri olan Mikayıl Cabbarov 2013-cü ildə Təhsil naziri postuna təyinat alandan qısa müddət sonra rayon təhsil şöbələrinin ləğv edilərək regional idarələrin yaradılması gündəmə gəldi. 2014-cü il iyulun 24-də Prezident İlham Əliyev bununla bağlı sərəncam imzaladı. Sərəncama əsasən, 2015-ci il yanvarın 1-dən rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələri yaradılmalı idi. Lakin sərəncamın icrası təxirə salındı.
Rəsmi açıqlamalarda bunun səbəbi kimi maliyyə çatışmazlığı göstərilsə də, bu olay müxtəlif mülahizələrə yol açdı. İddia olunurdu ki, rayon təhsil şöbələrinin ləğvinə hakimiyyətdəki hansısa “güclü əl” mane olub. Sonradan bu məsələdə o zaman Prezident Administrasiyasının rəhbəri olan, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsində çalışan akdemik Ramiz Mehdiyevin adı hallandırılmağa başladı. Akademikin adının bu olayla əlaqələndirilməsi təxminən belə izah edilirdi: Rayon təhsil şöbələri Təhsil Nazirliyinə tabe olan struktur olmasına baxmayaraq icra hakimiyyətlərinin bu quruma təsir imkanları daha güclüdür. O dərəcədə ki, rayon təhsil şöbələrinin rəhbərliyinə təyinatlar icra hakimiyyəti başçıları ilə razılışdırlmadan həyata keçirilə bilməz. İcra hakimiyyətlərinə nəzarət funksiyası isə Ramiz Mehdiyevin əlində olduğundan o dolayısı ilə təhsil sahəsinə də müdaxilə etmək imkanına malikdir. Bu halda rayon təhsil şöbələrinin ləğvi akademikin maraqlarına uyğun gələ bilməzdi. Bu baş tutacağı təqdirdə həm təhsil sahəsinə dolayı nəzarət, həm də icra hakimiyyətləri üçün qeyri-leqal maliyyə resursu əldən çıxa bilərdi.
O zaman açıq şəkildə qeyd edilirdi ki, rayon təhsil şöbələri faktiki olaraq icra hakimiyyətləri üçün gəlir mənbəyinə çevrilib. Bildirilirdi ki, əslində regional idarələrin yaradılması icra hakimiyyətlərinin rayon təhsil şöbələri üzərində dominantlığına son qoyulması məqsədi daşıyırdı. Bu iddiaların nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Amma fakt ondan ibarətdir ki, regional idarələrin yaradılması, bununla Prezident sərəncamının olmasına baxmayaraq baş tutmadı.
Bu məsələ bir də 2019-cu ildə gündəmə gəldi. O zaman isə Təhsil naziri Ceyhun Bayramov idi. Artıq Ceyhun Bayramov da bu postu təhvil verərək Xarici İşlər naziri diplomatik sahəyə keçid alıb. Dünən isə onun yerinə gənc kadr Emin Əmrullayev təyin edilib. Güman edilir ki, regional idarələrin yaradılması yenidən gündəmə gələcək. Nəzərə alsaq ki, islahatlar kampaniyası çərçivəsində yüksək vəzifələr təyinat alan yeni kadrların fəaliyyəti “təmizləmələr” və sturktur dəyişiklikləri ilə xarakterizə olunur, o zaman Emin Əmrullayevin də Təhsil Nazirliyində müəyyən yeniləmələr edəcəyi gözləniləndir. Bu yeniləmələrdən biri də 6 il əvvəlki sərəncamın icrasına başlanılması ola bilər.

Mənbə: Yenisabah.az

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=151136

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31