“Şəhid generalın adı Tovuzda bir meydana verilsin” – Qənirə Paşayev

28.07.2020 - 16:52

Tovuzun meydan və ya küçələrindən birinə şəhid general-mayor Polad Həşimovun adının verilməsi müzakirə edilir.

Bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva qeyd edib.

O bildirib ki, araşdırmaçı-yazar Əkbər Qoşalının təklifi ilə aidiyyəti qurumlara müraciət edəcək:

“Əslən Tovuzdan olan araşdırmaçı-yazar Əkbər Qoşalı maraqlı təkliflə çıxış edib. O, Tovuz şəhərinin küçə və ya meydanlarından birinin “Şəhid General Polad Həşimov”, yaxud “Şəhid General” adlandırılması barədə təkliflə çıxış edib, mənim və həmkarım Arzu Nağıyevin bu məsələyə münasibət bildirməsini istəyib. Həmin təklif sosial media iştirakçısı olan tovuzlular, vətənpərvər gənclər, ziyalılar, həmkarlarım və başqaları tərəfindən müsbət qarşılanıb, təqdiredici yorumlar yazılıb. Belə bir təklifə və bəslənən münasibətə görə məmnunam. Tovuzu Milli Məclisdə təmsil edən bir millət vəkili olaraq bu təklifi alqışlayıram və hesab edirəm ki, çox məqsədəuyğun təklifdir.

Bildirmək istərdim ki, öz tərəfimdən Tovuz Rayon İcra Hakimiyyətinə və digər əlaqədar orqanlara bu barədə rəsmi məktubla müraciət edəcəm. İnanıram ki, Tovuzun küçə və ya meydanlarından birinin, deyildiyi kimi, “Şəhid General Polad Həşimov”, “Şəhid General” və ya “General Polad Həşimov” adlandırılması hər kəsin ürəyincə olardı. Şanlı generalımız əziz canını canından əziz sevdiyi Vətən torpaqları uğrunda məhz Tovuzda fəda edib. Adının digər şəhər-rayonlarımızla (Qəbələ, Sumqayıt, Bakı…) yanaşı, (məncə, ilk növbədə) Tovuzda əbədiləşdirilməsi hərbi-vətənpərvərlik işinə, gənc nəslin tərbiyəsinə öz müsbət təsirini göstərər və bizim vəfa borcumuzun ifadəsi olardı. Şəhid generalımıza və onun şəhid silahdaşlarına ulu Tanrıdan rəhmət, yaralı hərbçilərimizə möhkəm can sağlığı diləyirəm! Vətən sağ olsun!”

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=151177

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930