“Yaşamaq istəyiriksə, bütün karantin məhdudiyyətləri götürülməlidir” – Professordan SOS

30.07.2020 - 00:55

Professor Musa Quliyev aylardır davam edən karantin rejimi şəraitində insan orqanizmində baş verəcək geridönməz fəsadlara toxunaraq, koronavirusla mübarizənin taktikası barədə öz təkliflərini verib. Cumhuriyyet.az xəbər verir ki, həkim Medicina.az-a açıqlamasında, hazırkı şərtlərdən narahat olduğunu bildirib və bunu əsaslandırıb: “Mən karantin tədbirlərinin gündəlik yaşam minimumlarına ehtiyacı olan, insanlarımıza vurduğu maddi zərbəni, hələlik bir kənara qoyuram. Bu halın yalnız insan orqanizmində törədə biləcəyi geridönməz fəsadlara toxunmaq istəyirəm. Təbii ki, karantin tədbirləri, istənilən ağır virus infeksiyasının qarşısının alınması və lokallaşdırılmasının ilkin və həlledici şərtidir. Lakin yeganə şərti deyildir.
Digər tərəfdən, istənilən məhdudlaşdırılma tədbirləri, elmi əsasa istinad edilməklə, orqanizmdə törənən fəsli dəyişikliklərə uyğun, insanların şüuruna yeridilməklə aparılmalı və bütün hallarda icrasına ciddi nəzarət olunmalıdır. Əks halda, nəinki gözlənilən nəticəni verməyəcək, hətta yoluxmanın kəckin artımı ilə müşahidə olunacaqdır. Necə ki, iyun ayında bunun canlı şahidi olduq.
İndi isə gəlin, təbiətin yaşam qanunlarına baxaq. Canlı orqanizmin mövcudluğunun təməl əsası, ilin fəsillərinin növbələşməsinə uyğun, orqanizmdə törənən təməl dəyişikliklərdir. Mən digər fəsillərdə insan orqanizmində törənən dəyişiklikləri təhlil edib, vaxt almaq istəmirəm.
Yalnız yay fəslinin son iki ayında törənən bəzi dəyişikliklər üzərində dayanmaq istəyirəm. İyul, avqust aylarında günəş şüasının spektrində orqanizmdə immunitet aktivliyinin modulyasiyasına təkan verən və onu təmin edən ciddi keyfiyyət dəyişiklikləri baş verir. Bu hal, xüsusən, iyul və avqust aylarında daha intensiv olur.
Biz artıq iyul ayını arxada qoymuşuq. İmmun fəallığın qismən də olsa təmin olunması və orqanizmin müqavimət qüvvəsinin bərpası üçün, yeganə avqust ayının 31 günü qalıbr və sağlamlığımız naminə ondan maksimum dərəcədə faydalanmalıyıq. Əks halda, oktyabr və noyabr aylarında xronik xəstəliklərin kəskin aktivləşməsi, digər infeksiyaların kəskin fəallaşması ilə müşahidə olunacaq. Bu zaman qarşılaşacağımız ən arzuolunmaz hal, istənilən ağır virus infeksiyasının aparılacaq dərman müdaxiləsinə “farmakofobiya” göstərməsi yaşanacaq (biz ilk növbədə bundan sığortalanmalıyıq).
Bunun üçün nə etmək lazımdır? Düşünürəm ki, təxirəsalınmadan aşağıdakı tədbirlər həyata keçirilməlidir:
1. Ciddi nəzarət fonunda, bütün karantin tədbirləri mütləq və qeyri-şərtsiz olaraq aradan götürülməlidir:
a) İnsanların sərbəst hərəkəti, xüsusən rayonlara gedişinə olan bütün qadağalar aradan qaldırılmalıdır.
b) Kontakt məsafələrin saxlanıması şərtilə, insanların çimərliklərə sərbəst çıxışının təmin olunması və bunun üçün hər cür şəraitin yaradılması. İtirilmiş iyul ayına görə, bütün çimərliklərin ödənişsiz olması.
c) Söylədiklərim həm də hazırda insanlar arasında kütləvi şəkil almış, ruhi sarsıntı və dərin stress kimi immuniteti dağıdan halın aradan qalxmasına, ruhi sferada dayanıqlılıga və ali sinir fəaliyyətinin bərpa olunmasına səbəb olar.
d) Bu, həm də ölkə iqtisadiyyatının çökməməsi üçün zəruridir. Çünki bizim ölkəmizi 300-400 il dövlətçilik tarixi olan Amerika, Avropa və Rusiya kimi ölkələrlə qarışdırmaq olmaz. Bizim ölkəmiz çoxsaylı daxili və xarici təziqlərə sinə gərə-gərə, hazırda müstəqilliyinin yalnız ilkin kövrək addımlarını atır.
Mən bu sözləri nəyinsə xatirinə söyləmirəm. Dediyim hər bir sözün məsuliyyətini və boynuma qoyduğu ağır yükü çox yaxşı başa düşürəm. COVID-19 davam etdikcə insanlara “müasir karantin qaydaları şərtlərinin” şüuraltı aşılanması aparılmalıdır. Mən “müasir karantin qaydaları şərtləri” dedikdə, tək bizim Bakıda deyil, bütün dünyada aparılan kamera nəzarətini nəzərdə tuturam.
Yəni insanlar bilməlidir ki, onlara verilən tam sərbəstlik fonunda, həm də qeydiyyatı aparılan çox ciddi, lakin qərəzsiz nəzarət var. Bu halda şərt kimi qoyulan gigienik tələblərin pozulması (məs. insanların toplaşdığı qapalı yerlərdə maskasız olmaq, ünsiyyət formalarına ciddi əməl etməmək, kütləvi toplantılarda sosial məsafənin saxlanılmaması və s. ən ciddi şəkildə cəzalandırılacaq. Bu halın hüquqi əsasa söykənməsi üçün, hətta Milli Məclis virus infeksiyanın davam etdiyi müddətdə, yəni məhdud müddətdə qüvvədə olacaq, belə bir qanun da qəbul edə bilər.
İnsanların nəzərinə çatdırmaq istəyirəm ki, hazırda bizim başqa çıxış yolumuz yoxdur. Həm də söylədiklərimə qeyri-şərtsiz əməl olunacağı təqdirdə, hər bir ölkə vətəndaşını tam əmin edirəm ki, COVID19-un tam sönməsi, onun məlum inkubasiya dövrü qədər olacaq. Bəli, yaşamaq istəyiriksə, biz buna getməliyik. Təkrar edirəm, bütün karantin məhdudiyyətlərinin götürülməsi şərtilə”.

Short URL: http://www.cumhuriyyet.net/?p=151288

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31