Azərbaycanda daha bir gənc həkim koronavirusdan ölüb

31.07.2020 - 14:19

Azərbaycanda koronavirusa yoluxan daha bir həkim dünyasını dəyişdi.

Medicina.az-ın məlumatına görə, Silahlı Qüvvələrin Baş Klinik hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov bu gecə vəfat edib.

Bu barədə onun həmkarları sosial şəbəkələrdə məlumat veriblər.

Koronavirusa yoluxan aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərovun müalicəsini birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığıyla nəzarətə götürülmüşdü. O, Mərkəzi Hərbi Hospitalda EKMO cihazına qoşulmuşdu. Həkimin COVİD-19 testi biu ayın əvvəllərində pozitiv çıxmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=151418

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31