Azərbaycanda ilk dəfə deputat gəlirlərini açıqladı

01.08.2020 - 12:07
Milli Məclisin deputatı Erkin Qədirli Qurban bayramına görə deputatlara verilən və sosial şəbəkələrdə müzakirəyə səbəb olan məsələ ilə bağlı açıqlama yayıb.
Qaynarinfo xəbər verir ki, E.Qədirli bildirib ki, bu, köhnə qaydadır və illərdir tətbiq olunur:
“Hər dəfə də bununla bağlı yanlış təqdimatlar olur. Deputatlara ildə 4 dəfə maaşdan əlavə pul köçürürlər (beş yüz nə qədərsə) – Novruz, Ramazan, Qurban və Həmrəylik Günü. Mən bu qayda ilə razı deyiləm, amma bu qayda mənim deputat olmadığım illərdə qəbul olunub.
Ayrıca, mən maaşımdan xeyriyyə işləri üçün pul ayırıram. Bunu reklam etmirəm, çünki:
1) etik saymıram;
2) reklamdan xoşum gəlmir;
3) hamıya yardım etmək imkanım yoxdur”.
Daha sonra Erkin Qədirli maliyyə hesabatını açıqlayıb:
“Mart-avqust aylarında (maaş + bayram payları + məzuniyyət haqqı) təxminən 20 min manat almışam. Ortalama, aya 3.3 min manat alınır. Maaşdan başqa gəlirim yoxdur.
Xərclərim:
1) 4,000 (çeşidli xeyriyyə işləri – heç birisi hökumətin təşəbbüsü və ya kommersiya layihəsi olmayıb);
2) 2,400 (anamın evində təmir işləri);
3) 1,500 (maşınımı bir neçə dəfə təmirə aparmalı oldum – 13 il sürürəm onu, istər-istəməz orasını-burasını düzəltmək lazım gəlir);
4) 1,000 (saytın qurulmasına verdim – hələ açmamışam);
5) başqa xərclər (komunal, benzin, çeşidli xəbər və analitik saytlarda abunə haqları, ərzaq və s.)
Bunları söylədiyim anda maaş kartımda 9,860 manat 59 qəpik qalır.
Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Yalnız, doğum günümdə dostlar Çin istehsalı olan 1 smartfon (Xiaomi), 1 kostyum, 1 köynək və 1 qalstuk bağışlayıblar”.
http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=151519

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31