Hökumət 107 min fərdi və mikro sahibkara maliyyə dəstəyi göstərəcək

08.08.2020 - 13:27

“Budəfəki maliyyə dəstəyi paketi birinci vergi ödəyicilərinə şamil olunur. Hansı ki, vergi ödəyicisi kimi öz borclarını yerinə yetirirlər, dövlət başçısının çağırışına uyğun olaraq işçi heyətinin azaldılmasında ciddi azalmalara yol verməmişdilər”.

Report.az xəbər verir ki, bu fikirləri İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu şəxslərə onların əməkhaqqı fondunun bir aylıq məbləğində dəstək göstəriləcək: “250 manat isə yalnız fərdi və mikro sahibkarlara aiddir. Eyni dəstək artıq bir dəfə göstərilib. Qeyd etmək istərdim ki, müraciət etmiş vergi ödəyicilərinin sayı 29 mindən bir qədər çox olub və 215 min işçini əhatə edən 98 milyon manat məbləğində ödənişlər edilib. Burada ödənişin məbləği aylıq əməhaqqı fonduna uyğun olaraq edilirdi. Eyni zamanda 107 minə yaxın fərdi və mikro sahibkar müraciət edib ki, onların da hesablarına 63,6 milyon manat vəsait köçürülüb. İkinci mərhələdə də eyni sahibkarlara dəstəyin göstərilməsi nəzərdə tutulub. Yəni birinci mərhələdə dəstək almış sahibkarlar artıq müraciət etməsələr belə bu dəstəyi alacaqlar. Eyni zamanda avqustun 10-dək vaxt verilib ki, birinci mərhələdə dəstək almayan sahibkarlar müraciət etsin”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=151903

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930