Azərbaycanda nə qədər insan siqaret çəkir?

12.08.2020 - 14:02

Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir.

2019-cu ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda 15-19 yaşlı əhalinin 0,2 faizi, 20-44 yaşlı əhalinin 13,6 faizi, 45-64 yaşlı əhalinin 21,5 faizi siqaret çəkir.

Siqaret çəkənlərin 13,2 faizinin yaşı 65-dən çoxdur. Əhalinin 5,3 faizi gündə 20 ədəddən çox siqaret çəkir.

Tədqiqata əsasən, ölkədəki kişilərin 31,8 faizi siqaret çəkir. Ümumilikdə ölkədə 15-19 yaşlı kişilərin 0,4 faizi, 20-44 yaşlı kişilərin 27 faizi siqaret çəkir.

Siqaret çəkənlərin böyük hissəsini 45-64 yaşlı kişilər təşkil edir. Onların 47,2 faizi siqaret çəkir. Siqaret çəkənlər arasında yaşı 65-dən çox olanların faizi isə 30,8 olub.

Ölkədəki qadınların bütün yaş qrupları üzrə siqaret çəkmə göstəricisi 0,0 faiz (məlumat çox kiçik rəqəmlə xarakterizə olunduqda o, 0,0 kimi qeyd edilir-İ.İ) qiymətləndirilib.(trend)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=152116

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930