TƏHSİL NAZİRİ İCTİMAİYYƏTƏ MÜRACİƏT ETDİ

14.08.2020 - 12:19

COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır.

Nazir ictimaiyyətə müraciət edərək bildirib ki, mövzu ilə bağlı rəy və təklifləri eşitmək maraqlı olardı:“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ictimai rəyin öyrənilməsinə və vətəndaşların qərarların qəbul edilməsində iştirakına böyük önəm verir. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu mövzu ilə bağlı “səhv” və ya “düz” fikir yoxdur, bütün rəylər və tövsiyələr faydalıdır. Rəy və təkliflərinizə görə hər birinizə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=152241

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728