“Direktoru dəyişsəniz, yenidən korrupsiya ön plana keçəcək…” – Göytəpə sakinləri Təhsil nazirinə müraciət etdilər

17.08.2020 - 14:37

Cəlilabad rayon Göytəpə şəhərinin bir qrup sakini Təhsil nazirinə müraciət ünvanlayıb. Bir nüsxəsi də “AzPolitika.info”-ya göndərilən məktubda V.Mürsəlov adına Göytəpə şəhər 1 saylı orta məktəbin direktoruyla bağlı valideynlərin xahişi yer alıb.

Valideynlər Təhsil nazirindən hazırkı məktəb direktoru Zaur Ələkbərovun başqa məktəbə direktor kimi göndərilməsinə imkan verilməməsini xahiş edirlər: “Aldığımız məlumata görə, Zaur Ələkbərovla direktor kimi bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmiş və başqa məktəbə direktor göndərilməsi ehtimalı var. Bu xəbər həm məktəb kollektivinin böyük hissəsinin, həm də valideynlərin narahatçılığına səbəb olub. Əminik ki, Zaur Ələkbərovun məktəbimizə rəhbərlik etməsi müddəti uzadılmasa, burada yenidən neqativ hallar baş qaldıracaq və tədris prossesi unudularaq, yenidən korrupsiya ön plana keçəcək.”

50-yə yaxın valideynin imzaladığı müraciətdə qeyd olunur ki, Z.Ələkbərov 2017-ci ildə məktəbə direktor təyin olunandan sonra məktəb korrupsiyasız və şəffaf şəkildə idarə olunmağa başlayıb: “2014-cü ildə “ilin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş Zaur Ələkbərovun savadlı idarəçiliyi nəticəsində məktəbimizdə sağlam mühit yaradılmış, təhsilin keyfiyyəti yüksəlmiş, şagirdlərə şəxsiyyət kimi baxılmağa başlamış, əhali arasında məktəbin işgüzar nüfuzu xeyli artmışdır.”

Sonda valideynlər xahiş edirlər ki, Təhsil naziri şəxsən bu məsələ ilə maraqlansın və Z.Ələkbərovun sözügedən məktəbdə direktor kimi fəaliyyətini nəzərdə tutan müqavilənin uzadılmasına dair göstəriş versin.

Short URL: http://www.cumhuriyyet.net/?p=152416

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728