Bakıda marketlərdə reyd keçirilib – Cərimələnənlər var

18.08.2020 - 09:49

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud qayda və tələblərin şərtlərinin pozan marketlər aşkarlanıb.

“Report” xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Polis İdarəsi və 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun İ.Həşimov küçəsində “Araz”, Mircəlal küçəsində “Bolmart” və “Bazar store” marketlərinin sahibləri və işçiləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə, 7 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxslərlə profilaktik və izahedici söhbətlər aparılmaqla, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibləri 200 manat, digərləri 100 manat cərimə olunublar.

Short URL: http://www.cumhuriyyet.net/?p=152496

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728