Mətin Eynullayev nəhənglərin cəmləşdirildiyi yeni dövlət holdinqinin rəhbəri oldu

19.08.2020 - 16:24

Mətin Eynullayev Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib. Rəsmi KİV-lərin bildirdiyinə görə, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Azərbaycan İnvestisiya Holdinqi bir nüçə gün əvvəl prezident İlham Əliyev tərəfindən yaradılıb. Holdinqin yaradılmasında məqsəd Azərbaycanın iri dövlət şirkətlərinin (SOCAR, AZAL, ADY və digərləri) effektiv idarə edilməsidir.

Mətin Balasən oğlu Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

“Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib.

2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışıb.

2017-ci ilin yanvarında təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 2018-ci ilin yanvarında isə vergilər nazirinin müşaviri təyin olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=152568

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728