Məhəbbət Vəliyeva məktəb direktorları ilə videokonfrans keçirib

19.08.2020 - 16:36

Bu gün Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkənin müxtəlif regionlarından olan 30-a yaxın ümumi təhsil müəssisəsinin direktorlarının iştirakı ilə videokonfrans keçirib.

Nazirlikdən verilən məlumata görə, görüşdə Məhəbbət Vəliyeva koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb.

Müxtəlif təkliflər, o cümlədən Təhsil İnstitutu tərəfindən verilən ssenarilər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

Görüş zamanı çıxış edən direktorlar 2020-2021-ci tədris ili ilə bağlı öz təkliflərini bildirib, onlarda yaranan sualları səsləndiriblər.

Qeyd edək ki, görüşün nəticələri təlimatların və metodik göstərişlərin hazırlanmasında nəzərə alınacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=152580

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728