Azərbaycanda 14 yaşlı qızı ərə vermək istədilər
Azərbaycanda rayonların birində yeniyetmə qızın məcburi ərə verilməsinin qarşısı alınıb. Virtualaz.org bildirir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz Facebook səhifəsində məlumat paylaşıb.
O, bu gün səhər tezdən rayonların birində 14 yaşlı uşağın 27 yaşlı bir oğlanla nişanlandığı və bir neçə günə qızın gəlin aparılacağı barədə məlumat aldığını bildirib: “Dərhal bu məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ötürdüm. Günortaya artıq məlumat aldım ki, ailə ilə görüşülüb, ailə hüquqi məsuliyyət barədə məlumatlandırılıb və nəzarətə götürülüb. Görüş zamanı uşaqla ayrıca söhbət aparılıb. Uşaq təhsilini davam etdirmək istədiyini, lakin məcburi ərə verildiyini təsdiq edib”.
Short URL: http://www.cumhuriyyet.net/?p=152607