Azərbaycanda koronavirusa yoluxma sayı niyə artır?

20.08.2020 - 00:43

Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında az da olsa artım müşahidə olunur. Pravda.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, virusun artmasına bir neçə səbəb ola bilər.
O qeyd edib ki, virusun artmasının səbəblərindən biri virusun hələdə bizə məlum olmayan və tam bilinməyən xüsusiyyətləri ola bilər. R.Mahmudovun sözlərinə görə, karantin rejiminin yumuşalması nəticəsində insanlar arasında təmasda artım və ya tövsiyə olunan qaydalara kütləvi olaraq riayət etməmək də virusun artmasının bir səbəbi sayıla bilər.
Deputat vurğulayıb ki, ötən 5 ay ərizində COVİD-19-un həm dünyada, həm ölkəmizdə yaratmış olduğu reallıqlar bizə çox şey öyrətdi: “Ötən dövr ərzində COVİD-19-un xüsusiyyətləri və təhlükələri barədə çox şey öyrəndik. Həmçinin ötən müddət ərzində biz üç mühüm məsələyə diqqət etməklə virusla çox rahat şəkildə mübarizə aparmağın mümkün olduğu öyrəndik. Sosial məsafəni qorumaq, tibbi maska taxmaq və gigiyena qaydalarına əməl etmək kimi sadə üsullarla bu xəstəliyin yayılmasının qarşısını effektiv formada ala bilərik. Vətəndaşlarımızı bu sadə qaydalara əməl etməyə çağırıram”.Trend

Short URL: http://www.cumhuriyyet.net/?p=152615

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728