Ölkədə toy qadağası olsa da, restoranlarda 2 gündür toy edilir – DİN-dən AÇIQLAMA

20.08.2020 - 12:34

Azərbaycanda sərtləşdirilmiş karantin rejimi çərçivəsində avqustun 18-dən etibarən kafe və restoranların açıq havada fəaliyyətinə icazə verilməsindən sonra toy və nişan mərasimlərinin bu qaydalar çərçivəsində keçirilib-keçirilməməsi gündəmə gəlmişdi.

Operativ Qərargahın sonuncu brifinqdə jurnalistlər bu barədə rəsmilərə sual verərək insanlar masalarda qaydalara uyğun olaraq 6-6 oturaraq açıq havada nişan və toy mərasimi keçirməsinin mümkün olub-olmadığını soruşmuşdu. Lakin rəsmilər toyların kütləvi tədbir olduğu üçün keçirilməsinin qətiyyən qadağan olunduğunu qeyd etmişdilər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bütün bu kütləvi tədbirlər haqqında polisə məlumat daxil olub: “Polis əməkdaşları tərəfindən tədbirin keçirilməsinin qarşısı alınıb. Bunlar sadəcə cəhdlərdir, toy mərasimi keçirilməyib”.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya bildirib ki, dünən Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bir restoranda toy mərasimi keçirildiyi aşkarlanıb: “Polis əməkdaşları yoxlama zamanı ora yaxınlaşıb və müəyyən olunub ki, qohumların iştirakı ilə 70 nəfərlik masa sifariş olunub. Bunun qarşısı alınıb və həmin şəxslər inzibati məsuliyyətə cəlb olunub. Digər restoranlarda mərasim keçirilməsi haqda məndə məlumat yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=152658

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728