“Dindarlar dövlətin yanındadır” – Allahşükür Paşazadə

21.08.2020 - 12:59

“Pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır. Bu il İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə digər müqəddəs ayin və mərasimlərin müvəqqəti dayandırılması artıq dövrümüzün gerçəkliyidir”.

“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüşündə deyib.

Onun sözlərinə görə, Aşura kimi, ənənəvi olaraq, böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasim insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər: “Bu gerçəkliyi nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri dindarlara müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını nəzərə alaraq, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməyəcəyini bəyan edir”.

QMİ sədri xüsusi vurğulayıb ki, hökümət dini mərasimlərin keçirilməsinə qarşı deyil, dindarların sağlamlığını qorumaq məqsədilə bu addımı atır:

“Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məramı ilə bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunması olub”.

Bu məramın bəzən bilərəkdən təhrif olunması cəhdlərinin yolverilməz olduğunu bildirən QMİ sədri bu yanaşmada bəzi qüvvələrin dövlətlə dindarı qarşı-qarşıya qoyma məkrinin olduğunu istisna etməyib:

“Dindarlar hər zaman dövlətin yanındadırlar və onun zəruri qərarlarını anlayış və hörmətlə qarsılayırlar”.

QMİ sədri dövlətin dinimizə qayğı və diqqətlə yanaşmasından razı olan din xadimlərimizin ölkəmizdəki məzhəblərarası harmoniya mühitinin qorunub saxlanılması, kənar qüvvələrin daxili sabitliyimizi hədəf alan, dini mühitimizə yönəlik məkrli addımlarının qarşısının alınması üçün əllərindən gələni əsirgəmədiklərini deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=152698

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728