Xaricə uçanların nəzərinə-AZAL QAYDALARA DƏYİŞİKLİK ETDİ

25.08.2020 - 19:36

İstanbul, Berlin və Londona xüsusi reysləri ilə səyahət etməyi planlaşdıranlar bu gündən etibarən çəkisi 10 kq-dan artıq olmayan daha bir ədəd baqajı ödənişsiz götürə və hava limanında qeydiyyat masasına təhvil verə bilərlər.

Bu barədə virtualaz.org-a Azərbaycan Hava Yolları QSC-dən (AZAL) məlumat veriblər.

Qeyd olunub ki, ekonom sinifdə səyahət edən sərnişinlər cəmi iki ədəd baqaj – 23 kq + 10 kq, biznes sinifdə səyahət edən sərnişinlər – üç ədəd baqaj: ikisi 32 kq + 10 kq, VIP klubun üzvləri isə dörd ədəd baqaj: üçü 32 kq + 10 kq götürə bilərlər.

Bu qayda təyyarə salonunda sıxlığı minimuma endirmək və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etmək üçün əl yükünə aid olan əşyaların baqaja təhvil verilməsini nəzərdə tutur. Qeyd edək ki, əl yükü qismində yalnız kişi portfeli, qadın əl çantası, noutbuk çantası və uşaq qidasının götürülməsinə icazə verilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=153010

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728