Ötən gün Pakistanda koronavirusdan 6 xəstə ölüb
Ötən gün Pakistanda 213 nəfərdə COVID-19 aşkarlanıb və pandemiya dövründə virusa yoluxanların ümumi sayı 295 min 849 nəfərə çatıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, ötən sutka virusdan 6 xəstə dünyasını dəyişib və vəfat edənlərin ümumi sayı 6 min 294 nəfərə çatıb. Xəstəxanalarda 8 min 873 nəfər müalicə alır. Onlardan 604-nün vəziyyəti ağırdır. İndiyədək bu xəstəlikdən 280 min 682 nəfər sağalıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=153343