Hindistanda COVID-19 infeksiyasına yoluxma sayı 3,7 milyona yaxınlaşır

01.09.2020 - 11:49

Ötən sutka ərzində Hindistanda COVID-19 infeksiyasına 69 min 921 yoluxma halı qeydə alınıb.

AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 3 milyon 691 min 170 nəfərə çatıb. Ötən sutka ərzində COVID-19 səbəbindən 819 ölüm halı baş verib. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 65 min 288-ə çatıb.

Nazirlik ölkədə virusa yoluxanların 76 faizinin sağaldığını, 1,78 faizinin öldüyünü açıqlayıb. Hökumət son günlər yoluxma hallarının sürətlə çoxaldığı Uttar Pradeş, Charxand, Çhatisqarh və Odişa vilayətlərinə mütəxəssis heyətləri göndərəcək.

Hindistanda xüsusi karantin rejimi bəzi yumşalmalarla sentyabrın 30-dək uzadılıb. Məktəblərdə tədris prosesinə və beynəlxalq uçuşlara olan qadağa sentyabrın 30-dək qüvvədə qalacaq. Bəzi ştatlar kütləvi tədbirlərin təşkilinə, idman zallarının və iri bazarların fəaliyyətinə olan qadağanı da hələlik qüvvədə saxlayıblar.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların və ölüm hallarının sayına görə ABŞ və Braziliyanın ardından üçüncü sıradadır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153356

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930