“Qarabağ”ın potensial rəqibində koronavirus aşkarlandı

08.09.2020 - 11:08

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın potensial rəqiblərindən olan Xorvatiyanın “Dinamo” klubunun bir futbolçusu koronavirusa yoluxub.

“Report” xəbər verir ki, Zaqreb təmsilçisi həmin şəxsin adını açıqlamayıb. “Dinamo” oyunçuların və məşqçilər heyətinin karantinə alınmasına ehtiyac olmadığını bildirib.

Zaqreb təmsilçisi III təsnifat mərhələsində Macarıstan çempionu “Ferentsvaroş”u mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda “Qarabağ” – “Molde” (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.

Pley-off mərhələsinin ilk matçları 22-23 sentyabrda, cavab qarşılaşmaları 29-30 sentyabrda oynanılacaq. III təsnifat mərhələsinin görüşləri isə 15-16 sentyabrda gerçəkləşəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=153811

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728