Messi kollektiv məşqlərə qoşuldu

09.09.2020 - 16:01

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi komanda ilə birlikdə məşqlərə başlayıb. 

“Report”un Kataloniya təmsilçisinin rəsmi “Twitter” hesabına istinadən məlumatına görə, artıq argentinalı hücumçu kollektiv məşqlərdə iştirak edir. Fərdi məşqlərə isə o, sentyabrın 7-də start vermişdi.

Qeyd edək ki, “Barselona”dan ayrılmaq istədiyini bildirən Lionel Messi məhkəmə məsələsinə görə qərarını dəyişib. O, müqaviləsinin bitəcəyi 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb.

Bir müddət öncə Britaniya mətbuatı Messinin İngiltərənin “Mançester Siti” klubu ilə anlaşdığını yazmışdı. O, 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153915

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930