Əhaliyə ŞAD XƏBƏR – Azərbaycanda bütün qadağalar bu tarixdə yekunlaşacaq

11.09.2020 - 15:45

Xəbər verdiyimiz kimi, sentyabrın 14-də Bakı metrosu fəaliyyətə başlayacaq. Qeyd edək ki, karantin rejimində mərhələli yumşalmalar davam edir. Bu gün hər kəsi maraqlandıran məsələ qadağaların nə zaman bitəcəyidir. Azərbaycanda bütün qadağaların nə zaman yekunlaşması gözlənilir?

Bununla bağlı KONKRET.azın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, karantin rejimində yumşalmalar davam edəcək, sosial həyatın bütün sahələri fəaliyyət göstərəcək:

“Amma karantin rejiminə son qoymaq Ümumdünya Səhiyyə Təşkilatının rəyindən asılıdır. Yəni bu qurum məsələyə o zaman son qoyacaq ki, artıq dövlətlərdə pandemiyanın sona yetməsi ilə bağlı yekun fikir olacaq. Mən hesab edirəm ki, dekabrda bu məsələ yekunlaşmalıdır. İşi ağırlaşdıran məsələ payız fəslində soyuqdəymə xəstəliklərinin artmasıdır. Təbii ki, bu da ümumi statistikaya təsir edir. Ondan sonrakı dövrdə biz yavaş-yavaş qadağalarla vidalaşacağıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=154026

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728