Azərbaycanda koronavirusa görə yeni qadağa QÜVVƏYƏ MİNDİ: BU GÜNDƏN ETİBARƏN…
12.09.2020 - 10:41
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.
Azerforum.com-un məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qərara əsasən, 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti qadağandır.
Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti sentyabrın 14-ü saat 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa ediləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=154057