Axtarış PSJ – “Marsel” oyununda kütləvi dava – Neymar qovuldu

14.09.2020 - 10:05

Fransa Liqa 1-də III turun PSJ – “Marsel” matçı kütləvi dava ilə yekunlaşıb.

“Report”un məlumatına görə, toqquşmaya yerli komandanın müdafiəçisi Leandro Paredesin rəqib futbolçuya qarşı kobud oyunu səbəb olub. Nəticədə meydanda ara qarışıb.

Baş hakim Jerom Brizar argentinalı oyunçuya, onun komanda yoldaşı Leven Kürzavaya, həmçinin, qonaqlardan Jordan Amavi və Dario Benedettoya qırmızı vərəqə göstərib. Sonradan Brizar PSJ-nin hücumçusu Neymarı da meydandan qovub. Video-görüntülərə baxıldıqda braziliyalı forvardın “Marsel”in müdafiəçisi Alvaro Qonsalesin boynunun arxasına yumruq zərbəsi endirdiyi üzə çıxıb. “Sambaçı” qırmızı vərəqə almasına etiraz edərək ispaniyalı oyunçunun ona qarşı irqçi ifadələr səsləndirdiyini bildirib.

Qeyd edək ki, görüş “Marsel”in qələbəsi ilə yekunlaşıb – 1:0.

Short URL: http://www.cumhuriyyet.net/?p=154184

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31