Qurban Qurbanovdan “Qalatasaray” açıqlaması

15.09.2020 - 14:52

“Neftçi”yə uğurlar arzulayıram. Belə klubların Azərbaycana gəlməsi futbolun inkişafına böyük təkandır”.

“Report”un məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında “Neftçi”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə “Qalatasaray”ı ilə keçirəcəyi matç barədə danışarkən deyib.

48 yaşlı mütəxəssis bildirib ki, güclü komandalar Bakıya gələndə azarkeşlərdə futbola sevgi oyanır və daha da çoxalır: “Türkiyənin top komandalarından birinin Bakıya gəlməsi futbolumuza böyük fayda verəcək. İstərdim ki, “Neftçi” “Qalatasaray”a qalib gəlsin. Türkiyə qardaş ölkədir, lakin idmanın prinsiplərindən biri odur ki, qalib gəlmək istəyirsən”.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=154279

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31