Millimizin futbolçusu ABŞ-da rəmzi komandaya düşüb

16.09.2020 - 10:38

Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) həftənin komandasında düşüb. 

“Report”un məlumatına görə, “Finiks Rayzinq” klubunda çıxış edən 29 yaşlı hücumçu buna XII turda “Las-Veqas Layts”ı məğlub etdikləri matçdakı oyununa görə nail olub.

Dadaşov 5:1 hesabı ilə qələbə qazandıqları matçda 2 qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda “Finiks Rayzinq” 12 oyundan sonra 26 xalla B qrupunda liderdir.

Qeyd edək ki, aktivində 10 qol olan Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmamışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=154339

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31