“Qarabağ” italiyalı hücumçu ilə danışıqlar aparır

21.09.2020 - 16:25

“Qarabağ” klubu İtaliyanın “Kyevo” klubunun futbolçusu Manuel Puççarelli ilə maraqlanır.

“Report” “Lanazione.it” saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə danışıqlar davam etdirilir.

İddiaya görə, italiyalı futbolçunun özü də Azərbaycan çempionunun formasını geyinməkdə maraqlıdır.

“Qarabağ”ın baş meneceri Asif Əsgərov “Report”a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib: “Mən real məsələlərdən danışıram. Həmin futbolçu nə bizim düşərgəmizdədir, nə də başqa bir şey var. Ona görə bu barədə nə isə deyə bilmərəm. Transfer olanda ictimaiyyətə açıqlama veririk”.

Qeyd edək ki, “Empoli”nin yetirməsi olan Manuel Puççarelli yalnız ölkəsində çıxış edib. O, “Qavorrano” klubunun da formasını geyinib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154662

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930