Messinin uğuru 8 ildən sonra təkrarlandı

28.09.2020 - 11:12

İspaniyanın “Barselona” klubunun futbolçusu Ansu Fati ulduz futbolçu Lionel Messinin uğurunu təkrarlayıb. 

“Report”un “MisterChip”ə istinadən verdiyi məlumatına görə, 18 yaşlı hücumçu buna İspaniya La Liqasının III turunda “Vilyarreal”la matçda 20 dəqiqə ərzində dubl etməklə nail olub.

İspaniyalı oyunçu 15-ci və 19-cu dəqiqələrdə fərqlənməklə 8 il ərzində ilk 20 dəqiqədə iki qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Daha əvvəl Kataloniya təmsilçisində bu uğura Marti Vontolre (1933), Sandor Koçiş (1961), Lafos Bustilyo (1969) və Lionel Messi (2012) nail ola bilib.

Qeyd edək ki, qarşılaşma “Barselona”nın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=155015

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31