Tanınmış vəkil hüquq cameəsinə müraciət etdi – “Qəhrəman ordumuza dəstək hər birimizin borcudur

30.09.2020 - 10:45

Tanınmış vəkil, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Ceyhun Yusifov Silahlı Qüvvələrə Yardım Fonduna 1000 (min) manat pul köçürüb.

Bu barədə Legitim.az-a məlumat verən Ceyhun Yusifov bütün hüquq cameəsini qəhrəman ordumuza dəstək olmağa çağırdı.

“Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi yolunda qanı və canı ilə mübarizə aparan, şanlı zəfərlərə imza atan Azərbaycan Ordusunun əsgərlərinə dəstək hər birimizin borcudur. Hər kəs bacardığı, imkanı çatdığı qədər dövlətimizə və ordumuza dəstək olmalıdır ki, ən qısa müddətdə torpaqlarımızı işğaldan azad edə bilək” – deyə, Ceyhun Yusifov bildirdi.

Tanınmı vəkil Vətən uğrunda şəhid olanlara Allahdan rəhmət, yaralılara isə şəfa arzulayaraq, Qarabağın bütövlükdə işğaldan azad olunması üçün Azərbaycan vətəndaşılarının hər bir fədakarlıqlara hazır olduğuna inandığını vurğuladı.

Short URL: http://www.cumhuriyyet.net/?p=155211

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31