Depay “Barcelona”ya keçə bilər
Fransanın “Lion” futbol klubunu idman direktoru Juninyo niderlandlı hücumçu Memfis Depayın yaxın gələcəkdə İspaniyanın “Barcelona” klubuna gedə biləcəyini açıqlayıb.
“Report” xəbər verir, bu barədə “GFNF” məlumat yayıb.
“Onun müqaviləsi bir il daha qüvvədədir, çünki Depayın “Barcelona” ilə anlaşması var, bunu heç gizlətmirik. Bəlkə Memfis sabah “Barcelona” ilə müqavilə imzalayacaq, amma bu hələ dəqiq məlumat deyil. Çox güman ki, gedəcək. Və qalsa, bizə çox kömək edəcək”, – deyə, o bildirib.
Memfis Depay “Lion”a “Mançester Yunayted” klubundan transfer edilib. Hücumçu ötən mövsüm 22 oyunda 15 qol vurub, iki məhsuldar ötürmə edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=155407