“Barselona” oyunçulardan maaşların azaldılması ilə razılaşmağı xahiş edir

06.10.2020 - 10:46

İspaniyanın “Barselona” futbol klubu ciddi maliyyə çətinlikləri ilə üzləşib.

“Report”un məlumatına görə, bu barədə “Cadena Ser” bildirib.

Qeyd edilir ki, ispanlar başa çatan maliyyə ili üzrə 97 milyon avro məbləğində zərər qeydə alıblar. Klubun rəhbərliyi əmindir ki, vəziyyət yaxşı olmayacaq.

Ciddi çətinliklərdən qaçmaq üçün, “Barselona” rəhbərliyi futbolçulardan əmək haqlarının azaldılması ilə razılaşmağı xahiş edib. Danışıqlar “qeyri-formal” əlaqələrin köməyi ilə aparılır. Həmçinin klubda bir çox çox oyunçuların müqavilələrinin müddətinin uzadılması üzərində işləyirlər.

Daha əvvəl məlum olub ki, 2019-cu il ərzində futbolçuların maaş xərcləri 545 milyon avro təşkil edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=155483

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31