Parlament yeni tipli təhsil müəssisələrinin yaradılması ilə bağlı layihəni qəbul edib

06.10.2020 - 13:47

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi üşüncü oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, qanuna təklif edilən dəyişikliklə yeni tipli təhsil müəssisələrinin yaradılması nəzərdə tutulur.

Qanunun 14-cü maddəsinə (Təhsil müəssisəsi) təklif edilən dəyişikliklə valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbləri, inteqrasiya təlimli ümumi təhsil müəssisələri, inteqrasiya təlimli internat tipli təhsil müəssisələri, inteqrasiya təlimli internat tipli gimnaziyalar təhsil müəssisələrinin tipləri və növləri siyahısına daxil edilir.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilib:

Ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri  inteqrasiya təlimli internat tipli təhsil müəssisələri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr).

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155519

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930