Türkiyəli müğənni eyvanına Azərbaycan bayrağı asdı
Türkiyənin məşhur müğənnisi İzzət Yıldızhan da Azərbaycana dəstək olub.
Musavat.com xəbər verir ki, müğənni İstanbulda yerləşən ofisinin eyvanına Azərbaycan və Türkiyənin bayraqlarını asıb.
Müğənni bu addımı ilə Azərbaycan ilə Ermənistan cəbhəsində yaşananlara münasibət bildirib və ölkəmizə dəstəyini göstərib.
Qeyd edək ki, türkiyəli məşhurlardan aktyor Cüneyt Arkın, Haluk Bilginer, Engin Altan Düzyatan, Oktay Kanarca, müğənnilər Demet Akalın, Seda Sayan, Serdar Ortaç, aparıcı Seren Serengil, Müge Anlı və başqaları Azərbaycanla bağlı paylaşım edərək, öz dəstəklərini nümayiş etdiriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=155789