Monteneqrolu qapıçı: “Meydança yaxşı olsaydı, daha çox qol vurardıq”

12.10.2020 - 11:18

“Əvvəlki oyunlarda olduğu kimi, Azərbaycanla matçda qazandığımız qələbədə də hamımızın rolu oldu. Lüksemburqla görüşdə son dəqiqələrdə zərbəyə yaxşı reaksiya göstərdim və bir qol vurub qalib gəldik. İndiyə qədər bütün görüşlərdə qələbə qazanmışıq. Bu, bizi ruhlandırır”.

“Report”un məlumatına görə, bu fikirləri Monteneqro millisinin oyunçusu Milan Miyatoviç UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Azərbaycan üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edərkən deyib.

33 yaşlı qapıçı bildirib ki, ardıcıl 3 qalibiyyət komandası üçün yaxşı başlanğıcdır: “Qol buraxmadan qələbə qazanmaq çox şey deməkdir. Bu, futbolçularda özünəinamı artırır. Sadəcə, bu ritmlə davam etmək lazımdır”.

Hazırda Bolqarıstanın “Levski” (Sofiya) klubunda çıxış edən qolkiper meydançanın vəziyyyətindən gileylənib: “Azərbaycan qapımızda doğru ciddi zərbə endirmədi. Meydança, şərtlər yaxşı olsaydı, daha çox qol vurardıq. İstənilən halda, qələbəyə görə sevincliyik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=155894

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31