Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən 9 ayda 3 468 müraciətə baxıb

12.10.2020 - 11:26

Bu ilin 9 ayı ərzində Energetika Nazirliyinə və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçı hüquqlarının qorunması, elektrik enerjisi və təbii qaz təchizatı və digər məsələlərlə bağlı 3 468 müraciət daxil olub.

Bu barədə Musavat.com-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, müraciətlərin 2190-ı elektrik enerjisi, 415-i təbii qaz təchizatı, 863-ü isə digər məzmunlu məsələləri əhatə edib. Bunlardan 238-ni qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubları təşkil edib.

Müraciətlər əsasən texniki şərtin verilməsi, enerji təchizatı şəbəkəsinə qoşulma, sayğaclarda yaranan qüsurlar, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, elektrik enerjisi və təbii qaz təchizatında yaranan fasilələr, qazlaşdırma, borc və cərimələr, qaz sızması, sayğaclaşdırma, istilik təchizatı, işlə təminat və digər məsələləri əhatə edib.

Bu dövrdə 2 787 müraciəti Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi müvafiq qaydada araşdıraraq cavablandırılıb.

Hesabat dövründə, həmçinin Energetika Nazirliyinin facebook səhifəsi vasitəsilə 80 müraciət daxil olub ki, həmin müraciətlər üzrə sorğular operativ qaydada cavablandırılıb, şikayət tipli müraciətlər isə Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən aidiyyəti üzrə araşdırılaraq icrası təmin edilib və vətəndaşa cavab göndərilib.

Xatırladaq ki, xüsusi karantin rejiminin davam etdiyi müddətdə vətəndaşlar müraciətlərini (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrələri, (012) 598-16-55 “Qaynar xətti” və “974” Çağrı mərkəzi”, www.minenergy.gov.az internet səhifəsi, minenergy@minenergy.gov.az və office@regulator.gov.az elektron poçt ünvanları vasitəsilə Energetika Nazirliyinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ünvanlaya bilərlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=155898

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31