“Komandir dedi ki, ilk işiniz Aygünü vurmaq olsun” – Kazımova ağladı

13.10.2020 - 16:10

 “Hələ uşaqlıqdan cəbhəyə getmək, cəbhədə olmaq haqda xəyallar qururdum. Düşünürdüm ki, artilleriya atəşinə düşsəm, nə edə bilərəm? Hətta uşaq vaxtından məşqlər edirdim.

Nələr düşünmüşdümsə, demək olar ki, hamısı başıma gəldi. Mühasirəyə düşmək təhlükəsi oldu. O vaxt müharibəyə könüllü getmişdim. Anam məni görəndə şoka düşdü. Qızım da anamın qucağında idi. Anam dedi ki, qızım, getmə. Axı, sənin uşağın var. O vaxt uşaq, səhnə, ailə haqda düşünmürdüm”.

Musavat.com xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “Xəzər” televiziyasında yayımlanan “Vaxtı gəldi” proqramında qonaq olarkən deyib. O, 1990-cı illərdə müharibədə başına gələnləri belə nəql edib:

“Bir hadisəni danışım. Axşamüstü öz hərbi hissəmizə gedirdik, komandirlərin toplantısından gəlirdik. Mən maşında arxada oturmuşdum. Komandirimiz də orada idi. Onlar söhbət edirdilər, mən qulaq asırdım. Ən önəmli danışıqlarımızdan biri o idi ki, nə isə olsa, əsir düşsək, kimə fürsət düşsə ilk növbədə Aygünü vursun, əsir düşməsin. Düşmən əlinə keçməsin.

Mən bununla barışmışdım. Dağın yaxınlığı ilə gedirdik, ermənilərin səsi gəlməyə başladı. Həmin an qucağında qızım olan anam gözümün önünə gəldi. Qurtulduq.

İndi başqa ruhdayıq. Ali Baş Komandamızın dediyi kimi, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155999

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930