“Qarabağ”ın rəqibində daha bir futbolçu zədələndi

14.10.2020 - 14:19

“Qarabağ” klubunun Avropa Liqasının I qrupundakı rəqiblərindən İspaniya “Vilyarreal”ı növbəti itki ilə üzləşib.

“Report” xəbər verir ki, komandanın ekvadorlu futbolçusu Pervis Estupinyan milli komandanın oyununda zədələnib. 22 yaşlı müdafiəçi Uruqvayı evdə 4:2 hesabı ilə məğlub etdikləri matçda sıradan çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

Onun yaşıl meydanlara nə vaxt qayıdacağı tibbi müayinədən sonra bəlli olacaq.

Qeyd edək ki, daha əvvəl “Villarreal”ın aparıcı hücumçusu Jerar Moreno zədələnib. “Qarabağ” I qrupundakı ikinci matçını oktyabrın 29-da evdə “Vilyarreal”a qarşı keçirəcək. Ağdam təmsilçisi ilk turda İsrail Makkabisinin (Tel-Əviv) qonağı olacaq. İspaniya klubu isə Türkiyə “Sivasspor”unu qəbul edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=156043

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31