Ermənistan millisində koronavirus aşkarlandı, karantin qaydaları pozuldu

15.10.2020 - 11:15

Ermənistan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun Estoniya ilə səfər matçı öncəsi karantin qaydalarını pozub.

“Report” “Soccernet” nəşrinə istinadən xəbər verir ki, oyun günü millinin nümayəndələrindən birində koronvirus aşkarlanıb.

Buna baxmayaraq, komanda üzvləri təcrid qaydalarına əməl etməyərək, Tallində fəaliyyət göstərən erməni kilsəsini ziyarət edib, həmçinin paytaxtda fəaliyyət göstərən “Ararat” klubunun oyunçuları və onların valideynləri ilə görüşüblər.

Yoluxma faktına görə, Ermənistan yığmasının oyun öncəsi mətbuat konfransı təxirə salınsa da, UEFA görüşün keçirilməsinə icazə verib.

Qeyd edək ki, Estoniya – Ermənistan qarşılaşması 1:1 hesablı heç-heçə ilə başa çatıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156101

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31