Unay Emeri: “Qarabağ”la oyundan sonra qol buraxmamışıq”

06.11.2020 - 10:59

“Rəqibin demək olar ki, heç bir qol epizodu olmadı. Komandanın oyunundan razıyam. Amma avrokuboklarla yanaşı, La Liqanı da düşünməliyik”.

“Report”un məlumatına görə, bu fikirləri İspaniya “Vilyarreal”ının baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının I qrupunun 3-cü turunda evdə İsrail “Makkabi” (Təl-Əviv) klubunu 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis komandasının inkşaf etdiyini bildirib: “Gənc və təcrübəli oyunçuların meydanda bir-birini yaxşı başa düşməsi bizim üçün vacibdir. Onlar yaxşı balans yarada bildilər. İnkişaf etməyə davam edirik. “Sivasspor” və “Qarabağ”la oyunlardan başqa, digər matçlarda qol buraxmamışıq”.

Qeyd edək ki, 3 oyundan maksimum xal toplayan “Vilyarreal” I qrupunun lideridir.

Short URL: http://www.cumhuriyyet.net/?p=156943

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728