“Mançester Yunayted” rəhbərliyi Sulşerlə bağlı qərarını açıqladı

13.11.2020 - 15:21

İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Ule-Qunnar Sulşerin istefaya göndərilməsi gündəmdə deyil.

“Report” xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Ed Vudvord “Goal” nəşrinə açıqlamasında deyib.

Funksionerin sözlərinə görə, klub rəhbərliyi uğursuz nəticələrə baxmayaraq, norveçli mütəxəssisə inanır: “Əminik ki, o, doğru yol seçib. Komanda baş məşqçinin rəhbərliyi altında daha da inkişaf edəcək”.

Daha əvvəl İngiltərə mətbuatı Sulşerin qovulacağını və yerinə “Tottenhem”in sabiq baş məşqçisi Maurisio Poçettinonun gətiriləcəyini yazıb.

Qeyd edək ki, “Mançester Yunayted” 7 turdan sonra 10 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Mankunianların ehtiyatda bir oyunu var. Mançester təmsilçisi UEFA Çempionlar Liqasında isə 6 xalla qrup lideridir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157187

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30