Qvatemalalı qapıçı “Səbail”ə keçidinin səbəbini açıqladı

16.11.2020 - 10:58

“Meydanda olduğum hər dəqiqə vacibdir. Bu, oyunçu və şəxsiyyət kimi inkişafın əsas hissəsidir. Nə qədər çox təcrübə qazansam, daha da inkişaf edəcəyəm. Etmək istədiyim budur. Ona görə də Qvatemaladan ayrılıb, buraya gəldim”.

“Report”un məlumatına görə, bunu “Səbail”in oyunçusu Nikolas Hagen “Invictos Guate” nəşrinə açıqlamasında Azərbaycana gəlişinin səbəbi barədə danışarkən deyib.

Qvatemalalı qolkiper karyerasını Avropada davam etdirmək üçün bu addımı atdığını bildirib: “Burada uzun müddət oynamaq istəyirəm. Məqsəd gələcəkdə qvatemalalı oyunçular üçün yeni yol açmaq və onların potensialını göstərməkdir”.

Qeyd edək ki, Nikolas Hagen 2020/2021 mövsümünün əvvəlindən “Səbail”də çıxış edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=157304

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728