“Sivasspor” “Qarabağ” önünə uğurlu statistika ilə çıxacaq

25.11.2020 - 15:40

Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la qarşılaşacaq Türkiyə “Sivasspor”u matça uğurlu seriya ilə çıxacaq.

“Report”un məlumatına görə, Rıza Çalımbayın baş məşqçi olduğu komanda cari mövsüm bütün yarışlarda yalnız bir səfər matçında məğlub olub.

Bu, Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniyada “Vilyarreal”la görüşə təsadüf edib – 3:5. “Qırmızı-ağlar” Superliqanın II turunda “Erzurumspor”u 2:1, V turda “Kayserispor”u 3:1 hesabı ilə üstələyib. “Sivasspor” VII turda “Hatayspor”la, IX turda isə “Fatih Karagümrük”lə 1:1 hesablı heç-heçə edib.

Komanda daxili çempionatda evdə qələbə qazana bilməyib.

Qeyd edək ki, “Qarabağ” – “Sivasspor” matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında “Sivasspor” öz meydanında 2:0 hesablı qələbə qazanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=157748

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728