Millimizin DÇ-2022-dəki rəqibləri müəyyənləşir

07.12.2020 - 10:25

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılacaq.

Qol.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə millimizin də rəqibləri müəyyənləşəcək. Mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Final mərhələsinə 20 komanda yüksələcək. Qrup qalibi olan 10 komanda birbaşa final, ikinci yerin sahibləri isə pley-offa vəsiqə əldə edəcək. Bu 20 yer uğrunda 55 yığma mübarizə aparacaq.

Canni de Byazinin rəhbərlik etdiyi yığmamız 5-ci səbətdə yer alıb. Komandamız 6-cı səbətdən bir zəif komandaya rəqib ola bilər. Digər səbətlərdəki yığmalar isə həm reytinq, həm də səviyyə baxımından millimizdən üstündür.

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland

2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya

3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya

4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq

5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra

6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino

Qeyd edək ki, 2021-ci ildə keçiriləcək 10 turdan ibarət seçmə mərhələyə martın 24-də start veriləcək. Pley-off oyunları isə 2022-ci ilin martında olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=158105

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728